Qida məhsulları üçün standart 7 günlük qaytarılma müddəti tətbiq edilmir.
Qaytarılma yalnız məhsul qüsurlu, zədələnmiş və ya sifariş ediləndən fərqli olduqda mümkündür.
Məhsulun istifadə edilmiş, açılmış və ya qutusunun zədələnmiş hissələri geri qəbul edilmir.
Çatdırılmış məhsul qüsurlu, zədələnmiş və ya sifarişdən fərqli olarsa, müştəri Baklava MMC ilə əlaqə saxlayaraq məhsulun dəyişdirilməsini və ya ödənişin geri qaytarılmasını tələb edə bilər.
Bu cür dəyişdirmə və ya geri ödəniş xərclərsiz həyata keçirilir.
Müştəri info@baklava.az ünvanına e-mail göndərərək və ya müştəri xidməti ilə əlaqə saxlayaraq məhsulu geri qaytara bilər.
Məhsulun şəkli və qısa təsviri təqdim edilməlidir.
Məhsul Baklava MMC-yə çatdırıldıqdan sonra yoxlanılır və uyğun olduqda ödəmə geri qaytarılır və ya məhsul dəyişdirilir.
Açılmış, istifadə edilmiş və ya orijinal qablaşdırması zədələnmiş qida məhsulları geri qaytarıla bilməz.
Ödəniş məhsulun qəbulundan və yoxlanılmasından sonra müştərinin sifariş zamanı istifadə etdiyi üsulla geri qaytarılır (plastik kart ilə onlayn ödənişdə kart hesabına köçürülür).